Çox yaşamağın sirri - Gecə 3-4 arası... - Səyahət 8

559 baxış

Bundan əvvəlki videolarımız. 

Qobustan - Diri Baba  Türbəsi - https://youtu.be/4nBMXtyhuX4

Siyəzən - Beşbarmaq piri - https://youtu.be/oVuJQC0VqDM

Şamaxı - Gülüstan Qalası - https://youtu.be/Ykeyyelp_3g

İsmayıllı - Lahıc - https://youtu.be/QkVVzxdqN0Q

İsmayıllı - Lahıc 2 - https://youtu.be/pPT1pnmKdTI

Qəbələ - Yeddi Gözəl Şəlalləsi - https://youtu.be/91I6LA7Z-h0

Bakı - Göz müayinəsi - https://youtu.be/MMLVE-pZxKA

Astara rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. Astara rayonu Azərbaycan Respublikasının cənubunda, İran İslam Respublikası ilə sərhəddə yerləşir. Şimaldan, Lənkəran rayonu ilə, Şimal-Qərbdən Lerik rayonu ilə həmsərhəddir. Rayon 8 avqust 1930-cu ildə təşkil edilmişdir, 1963-cü ildə ləğv edilib, Lənkəran rayonuna birləşdirilmiş, 1965-ci ildə ayrılaraq yenidən müstəqil rayon olmuşdur. Mərkəzi Astara şəhəridir.

Tunc və antik dövrə aid Siyakü kəndindəki I və II - Siyakü yaşayış yerləri, "Baba Cabbar kurqanı", "Təngərüd kurqanı", "Seyidcamal kurqanı", "Vaqo" kurqanları, "Baba Hümmət kurqanı", "Bi yaylağı kurqanı" 4 ədəd Siyakü kurqanları, Artupa kəndindəki Axicəbəl kurqanı, Alaşa kəndindəki 3 ədəd kurqan, Lovayn kurqanı, Binəbəy kəndindəki "Binəbəy kurqanları",Koraoba kəndindəki 3 ədəd kurqanlar var.

Qədim dünyanın görkəmli riyaziyyatçısı, astronomu və coğrafiyaşünası İsgəndəriyyəli Klavdi Ptolomey eramızın 90-160-cı illərində yaşayaraq qədim tədqiqatçılardan biri olmuş və II – əsrə aid Xəzər dənizinin xəritəsini tərtib etmiş, onun sahillərində yerləşən coğrafi adlar, obyektlər və yaşayış məntəqələri barədə ümumi qayda ilə dəqiq məlumat vermişdir. K. Ptolomey bu xəritədə Albaniyanın ona məlum olan bir çox şəhər və kəndlərin adlarını çəkmiş və Astaranın adını yunanca "Astarata" kimi qeyd etmişdir.

Qədim dünyanın digər alimi Strabon özünün "Tarixi hadisələr" barədəki qeydlərində "Astara" adının olmasını göstərərək, "dənizin ləpələrinin dağların ətəklərini yuması və öpməsi" barədə fikirlər söyləmişdir.

Tarixi İpək yolu qədim yaşayış məntəqəsi olan Astaranın ərazisindən keçməklə Orta, Ön, Kiçik Asiya, Çin, Hindistan və Ərəb dünyası arasında geniş əlaqələr qurulmuşdur. Astara şəhərinin cənub-qərb hissəsində yerləşən Qapıçıməhəllə kəndinin ərazisində Astaraçayının sahilində çox qədim tarixə malik olan karvansara mövcud olmuşdur. Həmin karvansaranın qalıqları aşkar edilmiş və onun VII əsrə aid olması müəyyən olunmuşdur.

Demədi Demə

10:52 03.10.2019


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə