DİQQƏT! Araq İçəndə Bədəndə Nələr Baş Verir?

427 baxış

Dr. Fərrux Nağıyev (Qastroenteroloq-hepatoloq)
Tel: (077) 365 66 66
Facebook: https://www.facebook.com/dr.ferrux/
İnstaqram: Dr_ferrux

Spirtli içki səbəbli qaraciyərin zədələnməsi uzun müddət spirtli içki içən adamlarda baş verir. Spirtli içki qara ciyərin aşağıdakı cür zədələnmələrinə səbəb olur:

* piy toxumasının yığılması ( steatoz)
* iltihablaşma (alkohol hepatiti)
* fibroz qara ciyər ( sirroz)
Xəstəliyin əlamətləri qəbul edilən spirtin miqdarından və keyfiyyətindən asılı olaraq dəyişir. Erkən yaşlarından içməyə başlayan adamlarda 30-40 yaşlarından qara ciyərzədələnir. 40 yaşdan sonra isə qaraciyər tam zədələnmiş olur.
Xəstəlik aşağıdakı əlamətlərlə özünü biruzə verir:
* qarının sağ tərəfində ağrı
* qaraciyərin böyüməsi və sağ qabırğaaltı nahiyədə ağırlaşma hissi
* ağızda quruluq
* yorğunluq
* dəridə sarılıq
* iştahanın olmaması
* ürəkbulanma
* ayaqlarda şişkinlik
* arıqlama

Demədi Demə

16:18 19.07.2021


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə