İngiliscə danışıq kursu - 8-ci dərs /am, is, are

380 baxış

İngilis dilini öyrənən hər kəsə məsləhətimiz olardı ki, bu dilin qrammatikasını öyrənərkən ilk olaraq to be feli ilə başlasınlar. Məhs bu feil İngilis dilində geniş vüsət almışdır. Aşağıdakı cədvəldə to be felin şəxsə görə 3 zamanda təqdim edirik İndiki, Keçmiş və Gələcək zamanları:

  Əvəzliklər İndiki zaman Keçmiş zaman Gələcək zaman
I (mən) am — (varam) was shall / will
You (sən) are — (varsan) were will
He, she, it (o) is — (vardır) was will
We (biz) are — (varıq) were shall / will
You (siz) are — (varsız) were will
They (onlar) are — (vardırlar) were will
Azərbaycan dilinə tərcümə edildikdə əksər hallarda «var» «olmaq» feli yazılmış, lakin bu İngilis dilində heç bir zaman baş vermir. Məsələn: O evdədir. Onun 25 yaşı var. İngilis dilində isə əksinə «var» və «olmaq» fellərin ekvivalenti olan to be felin istifadəsi zəruridir. Misallara diqqət yetirin:

I am 45 — Mənim 45 yaşım var.
I am from Baku — Mən Bakı şəhərindənəm.
I am married — Mən evliyəm.
He is Mark — Onun adı Mardır.
İngilis dilində müxtəlif yazı mənbələrində biz to be felin qısa formalarına da rast gələ bilərik:

I am = I’m
He is = He’s
They are = They’re
He is not = He isn’t
We are not = We aren’t
Gəlin İngilis və Azərbaycan dillərdində olan bir fərqə də ətraflı nəzər yetirək. Azərbaycan dilində sual cümləsini yazıda cümləyə sual işarəsini əlavə edərəklə çevirmək olar. Məsələn:

O, yazıçıdır. — təsdiq cümləsi.
O, yazıçıdır? — sual cümləsi.
Danışıqda isə bu cümlələri sadəcə sual intonasiyası ilə deyildiyindən cümlə rahat başa düşülə bilinir. Buni İngilis dilində etmək olmaz — sizə nə sual işarəsi nə də intonasiya kömək edəcəkdir. İngilis dilində to be felin cümlənin əvvəlinə köçürərək sual cümləsini düzəltmək olar. Məsələn:

He is a writer. — O, yazıçıdır.
Is he a writer? — O, yazıçıdır?
To be feli ilə işlənən cümlələr inkar formasının to be felindən sonra “not” artırmaqla yaradılır:

He is not at home. — O evdə yoxdur.
They are not enemies — Onlar düşmən deyillər.
Sözügedən felin yadımızda daha yaxşı qalması üçün “I am strong.” (Mən güclüyəm.) zamana və şəxsə görə hallarını əzbərləyin:

İndiki zaman Keçmiş zaman Gələcək zaman
I am strong — Mən güclüyəm
You are strong —  Sən güclüsən
He is strong — O güclüdür
We are strong — Biz güclüyük
You are strong — Siz güclüsünüz
They are strong — Onlar güclüdürlər
I was strong — Mən güclüydüm.
You were strong — Sən güclüydün
He was strong — O güclüydü
We were strong — Bizi güclüydük
You were strong — Siz güclüydünüz
They were strong — Onlar güclüydülər
I shall/will be strong — Mən güclü olacam
You will be strong — Sən gücü olacaqsan
He will be strong — O güclü olacaq
We shall/will be strong — Biz güclü olacağıq
You will be strong — Siz güclü olacağsınız
They will be strong — Onlar güclü olacaqlar
To be feli digər fellərlə istiadə edildikdə müxtəlif zaman formalarını və məcul növünü yaradır.

Demədi Demə

11:46 20.01.2020


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə