Deputatlığa namizəd nələr dedi nələr - Nazirin belə... -7 Qırmızı

1249 baxış

TƏRCÜMEYİ HAL
Mən Qasımzadə Nicat Ərrəhman oğlu, 22.06.1982-ci ildə Naxçıvan MR Sədərək rayonunda anadan olmuşam. 1988-ci ildə Sədərək rayon 1 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 1999-cu ildə həmin məktəbin 11-ci sinfini bitimişəm. Daha sonra Ukraynanın paytaxtı Kiyevdə yerləşən Fərdi İdarəçilik üzrə Regionlararası Akademiyanın iqtisadiyyat və hüquq fakultəsinə qəbul olmuş və həmin akademiyanı iqtisadçı ixtisası üzrə bitirmişəm. 
“Haqqın qələbəsi” qəzetində müxbir, şöbə müdiri və baş redaktorun müavini vəzifələrində çalışmışam.
“Mühərrik Quraşdırma” İstehsalat Birliyində istehsalat üzrə müdir müavini vəzifəsində çalışmışam.
2015-ci ildə 5-ci çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə öz təşəbbüsümlə 34 saylı Xətai 2-ci seçki dairəsindən namizədliyimi irəli sürmüşəm və ilk mərhələdə virtual səsvermə prosesi üzrə rəqiblərimi geridə qoyaraq, ən üst pilləyə qalxmışam.
2016-cı ildə “Səsləyir Zəngəzur, Qarabağ bizi” adlı ilk kitabım işıq üzü görüb. 
2019-cu ildə “Zirvələrin Fatehi” və “Siyasi terminlər lüğəti” adlı kitablarım çap olunaraq oxuculara çatdırılmışdır.
Evliyəm, 2 övladım var.

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNƏ
34 SAYLI XƏTAİ 2-Cİ SEÇKİ DAİRƏSİNDƏN NAMİZƏD
NİCAT ƏRRƏHMAN OĞLU QASIMZADƏNİN
SEÇKİ PLATFORMASI

Hörmətli seçicilər!
09.02.2020-ci ildə keçiriləcək növbədənkənar parlament seçkilərinə 34 saylı Xətai 2-ci seçki dairəsindən şəxsi təşəbbüsüm ilə namizədliyimi irəli sürmüşəm.
 Cənab Prezidentin ölkədə apardığı uğurlu islahatlar hər bir kəsin böyük məmnuniyyətinə səbəb olmuşdur. Mən də bu dəyişiklikləri dəstəkləyir və ölkəmizin daha da inkişafı üçün əlimdən gələni etməyə çalışıram.
 Mən Qasımzadə Nicat Ərrəhman oğlu, 15 ildən artıqdır ki, bu ərazidə yaşayır və bu ərazidəki problemləri, çatışmazlıqları sizlər kimi mən də görürəm. Buna misal olaraq, bu ərazidə avtobus marşurutlarının az olması, yol problemi, bəzi binalarda istilik sisteminin olmaması və s. kimi çətinlikləri göstərə bilərik. Bu və digər məsələlərin parlamentdə qaldırılmasına və ölkə rəhbərliyi tərəfindən də xüsusi diqqət ayrılaraq tez bir zamanda həll edilməsində vasitəçi olmaq istəyirəm. Bu ərazinin çətinliklərini mənim kimi bu ərazidə yaşayan insanlar bilər. Hər bir seçicimin problemlərini bir-bir dinləyərək, bu problemlərin lazımi qurumlara çatdırılmasında və həll olunmasında əlimdən gələni edəcəyimə sizə söz verirəm. Sizə yol çəkəcəyəm, stadion tikəcəyəm və s. kimi saxta vədlər vermirəm. Mən sizin ehtiyyaclarınızın və problemlərinizin aidiyyatı qurumlara yönləndirilməsini təşkil və təmin edəcək, həmin problemlərin müsbət yöndə həll edilməsini bir vəzifə kimi yerinə yetirəcəyəm. Mütəmadi olaraq, sizlərlə görüşəcək və ehtiyyaclarınızın ən qısa zamanda təmin olunması üçün əlimdən gələni əsirgəməyəcəyəm. Bu amalımızı gerçəkləşdirmək üçün 09 fevral 2020-ci ildə keçiriləcək növbədənkənar parlament seçkilərində siz dəyərli qonşularımın səslərini gözləyirəm. 
Dərin hörmət və ehtiramla sizin qonşunuz Nicat Qasımzadə!
HAMIMIZ AZƏRBAYCAN ÜÇÜN!!!

Demədi Demə

12:16 05.02.2020


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə