Hər gün bu çaydan için, daha saçınız tökülməyəcək

675 baxış

Həm qadınların, həm də kişilərin ortaq problemlərindən biri saç tökülməsidir. Bu problemdən əziyyət çəkənlərin daim cavab axtardıqları suallar var. Məsələn; “Saçlarım niyə tökülür?”, “Saç tökülməsinə qarşı nə edə bilərəm?” 
Saç tökülməsinin səbəbləri müxtəlifdir. Orqanizmin mövsümi dəyişikliyə məruz qalması, genetik faktorlar, dəmir əskikliyi, hormonoloji problemlər, dəri xəstəlikləri, vitamin-mineral çatışmazlığı,  yanlış qidalanma və bu kimi bir çox səbəb saç tökülməsi ilə nəticələnə bilir. 
 Əgər siz də normaldan artıq saç tökülməsi problemi yaşayırsınızsa, saçlarınızda azalma, gücsüzlük, cansızlıq hiss edirsinizsə, səbəbini bilmək üçün mütləq həkimə müraciət etməlisiniz. Bununla yanaşı, bilməlisiniz ki, saç tökülməsi çarəsizlik demək deyil.  
 Əvvəlcə saç tökülməsini yaradan bir neçə səbəb haqda danışmaq istəyirəm.  
1. Dəmir əskikliyi və anemiya. Tərkibində dəmir çox olan qidalara üstünlük verərək saç tökülməsini azalda bilərsiniz. 
2. Stress.  Uzun müddət stressə məruz qalmaq və ya psixoloji travma almaq 3-6 ay ərzində saçlarınızın tökülməsini sürətləndirə bilir. 
3. Genetik faktorlar. Qadın və kişi olmanız fərq etmir, ailənizdə saç tökülməsi kimi problemlər varsa, bundan yaxa qurtarmaq çətin olacaq. Amma, yenə də saçınızı qorumaq üçün çarə axtarmaqdan geri çəkilməyin. 
4. Protein əskikliyi. Gün ərzində orqanizmin ehtiyacı olduğu qədər protein qəbul etməsəniz, saç tökülmək probleminə bir addım daha yaxınlaşarsınız. Çünki, protein azlığı varsa orqanizm özünü tənzimləmək üçün saç böyüməsini dayandıra bilir.
5. Tiroid vəzi yetərincə hormon ifraz etmirsə,  saçlar tökülməyə məhkumdur. 
6. B vitamini əskikliyi və ya ifrat dərəcədə qəbul edilən A vitamini də saç tökülməsinə səbəb ola bilir.

Saçlarınızın qayğısına qalmaq, onları qorumaq üçün çox üsul var. Bu gün sizə  etibar edə biləcəyiniz üsul haqqında da məlumat vermək niyyətindəyəm. 

“Farma şah”ın istehsalı olan  “Saç tökülməsinə və kəpəyə qarşı”  dərman bitkisi yığıntısı. Tərkibi ikievli gicitkən yarpağı, böyük pıtraqotu kökündən ibarətdir. 
İstifadəsinə göstəriş:  Başda tük diblərinin möhkəmləndirilməsində və kəpəyə qarşı mübarizədə tətbiq olunur. Müalicə və profilaktik məqsədlər üçün işlədilir. 

İstifadə qaydası:  6 xörək qaşığı (40 q)  yığıntı 5 stəkan (1 litr) qaynar suya tökülür. 10-15 dəqiqə zəif qızdırıcıda qaynadılır, otaq temperaturunda azacıq soyudulur, süzülür. Saçlar adi qayda ilə yuyulduqdan sonra isti halda olan sulu həlimlə isladılır. Barmaqlarla yüngül masaj yoluyla dəriyə yeridilir. Sonra başa 20-30 dəqiqəliyə rezin şapka qoyulur, saçlar yuyulmadan qurudulur. Prosedur həftədə 2-3 dəfə təkrarlanır. 
Qeyd edim ki, qarışım evdə  quru və qaranlıq yerdə saxlanılmalıdır.

Demədi Demə

15:27 13.09.2019


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə